Pezeşkian Azərbaycan dilində danışdı, tənqid edildi - Video
İran Prezidenti Məsud Pezeşkianın oğlu və media müşaviri Yusif Pezeşkianın Şərqi Azərbaycan əyalətinin məsul şəxsləri ilə Təbrizdə görüşü zamanı Azərbaycan dilində danışması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.
Çıxışında hökumətin fəaliyyətinə yönələn tənqidlərə toxunan Yusif Pezeşkian bildirib ki, yalnız tənqid edənlər deyil, hökumətin fəaliyyətinə kömək edə biləcək şəxslər də önə çıxmalıdır.
Radikal istifadəçilər Yusif Pezeşkianın hansı əsasla media müşaviri vəzifəsinə təyin edildiyini və rəsmi tədbirdə ölkənin rəsmi dilindən fərqli dildə danışmasını tənqid ediblər.
Bununla belə, bəzi istifadəçilər isə yerli görüşlərdə bölgə əhalisinin dilindən istifadə edilməsini normal hesab edərək Yusif Pezeşkiana yönələn tənqidlərə qarşı çıxıblar.