Digər
Çingiz Əlioğlu harada dəfn olunacaq?
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Kult.az xəbər verir ki, bu barədə Report-a mərhum şairin ailəsindən məlumat verilib.
Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzəpir məscidində vida mərasimi keçiriləcək.
Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn olunacaq.
Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.
Mənbə
axar.az