Cəmiyyət

Qubada 7 kq narkotik vasitə aşkarlandı - Video

10 Aug 2026, 10:42 1 baxış
Qubada 7 kq narkotik vasitə aşkarlandı - Video

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.


Axar.az xəbər verir ki, keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanıb.


Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə axar.az

Oxşar Xəbərlər