Ukrayna Tatarıstanı vurdu: 12 ölü, 39 yaralı - Video
10:20
Ukrayna ordusu Tararıstan Respublikasının Nijnekamsk şəhərindəki neft emalı zavoduna PUA zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Nijnekamsk və Çistopolye sakinləri şəhərləri üzərindən çoxlu sayda PUA-ların hücum etdiyini bildiriblər.
Zərbələr nəticəsində zavodda partlayış və yanğınlar qeydə alınıb.
Tatarıstan hökumətindən bildirilib ki, Ukraynanın Nijnekamska PUA zərbələri nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
Respublika ərazisində matəm elan edilib.
Hazırda PUA hücumlarının davam etdiyi bildirilir.
***
Nijnekamska endirilən PUA zərbələri nəticəsində ölən və yaralananların sayı artıb.
Tatarıstan hökumətindən verilən məlumata görə, 12 nəfər ölüb, 39 nəfər isə yaralanıb.
Bütün yaralılara yardım göstərmək üçün şəhərə əlavə tibbi briqadalar göndərilib.