İdman

Beşqat NBA çempionu vəfat edib

10 Aug 2026, 01:24 2 baxış
Beşqat NBA çempionu vəfat edib
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu və ABŞ millisinin sabiq baş məşqçisi Don Nelson 87 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Mark Steyn onun ailəsinin açıqlamasına istinadən məlumat yayıb. Nelson basketbolçu kimi "Çikaqo Zefirs", "Los-Anceles Leykers" və "Boston Seltiks" komandalarında çıxış edib və sonuncu komandanın heyətində beş çempionluq üzüyünün hamısını qazanıb. Baş məşqçi kimi isə "Miluoki", "Qolden Steyt", "Nyu-York" və "Dallas" komandalarında çalışıb. O, üç dəfə NBA-in ilin ən yaxşı məşqçisi seçilib (1983, 1986, 1992). 1994-cü ildə onun rəhbərlik etdiyi ABŞ millisi dünya çempionatının qalibi olub. Nelson 2012-ci ildə Basketbol Şöhrət Zalına daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər