İdman

Avropa Kuboku: Cüdoçularımız 7 medal qazandı

09 Aug 2026, 21:48 2 baxış
Avropa Kuboku: Cüdoçularımız 7 medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.


Bu barədə Axar.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Bildirilib ki, milli komanda turnirin son günündə 2 qızıl və 4 bürünc medal qazanıb.


Belə ki, Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.


Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.


Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) da bürünc medal qazanıb.


Beləliklə, Azərbaycan yığması 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medalla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.

Mənbə axar.az

Oxşar Xəbərlər