İdman
Braziliyada futbolçu qol sevinci zamanı tunelə yıxıldı - VİDEO
Braziliyanın "Koritiba" futbol klubunun müdafiəçisi Jasi Braziliya çempionatının matçında vurduğu qolu qeyd edərkən stadionun paltardəyişmə otağına aparan tunelə yıxılıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə "Koritiba"nın doğma meydanda "Şapekoense"yə qarşı keçirdiyi matçda baş verib.
Jasi qol vurduqdan sonra onu qeyd etmək üçün meydanın kənarına qaçıb və tunelə yıxılıb. Daha sonra qol ləğv edilib, futbolçu isə aldığı zədə səbəbindən əvəzlənib. Matç "Koritiba"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə
oxu.az