Siyasət

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

09 Aug 2026, 15:20 2 baxış
Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

Almaniya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü ilə əlaqədar paylaşım edib.


Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.


“Bu mühüm mərhələ iki ölkə arasındakı münasibətlərdə tarixi bir təkan yaratdı. Hər iki tərəfi bu yolda irəliləməyə təşviq edirik”, - paylaşımda qeyd olunub.


Nazirlik Almaniyanın Cənubi Qafqazda bu prosesə dəstəyini davam etdirəcəyini vurğulayıb:


“Cənubi Qafqazda sülh və sabitlik bizim ortaq maraqlarımıza uyğundur. Almaniya Avropa Birliyi və ABŞ-dan olan tərəfdaşları ilə birlikdə bu prosesi dəstəkləməyə davam edəcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər