İdman

Qol sevinci yaşayan futbolçu tunelə düşdü - Video

09 Aug 2026, 13:19 2 baxış
Qol sevinci yaşayan futbolçu tunelə düşdü - Video

Braziliyada futbolçu qol sevinci yaşayarkən tunelə düşüb.


Axar.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.


Məlumata görə, "Koritiba" klubunun futbolçusu Jassi qol vurduqdan sonra reklam lövhəsinin üstündən tullanıb və paltardəyişmə otağına aparan yeraltı keçidə düşüb.


Onun səhhəti ilə bağlı məlumat verilməyib.


Bildirilib ki, futbolçunun qolu ofsayt səbəbindən ləğv olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər