İdman

Neymar Messi ilə komanda yoldaşı olur

09 Aug 2026, 12:18 2 baxış
Neymar Messi ilə komanda yoldaşı olur

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar ABŞ-ın “İnter Mayami” komandasına keçə bilər.


Axar.az xəbər verir ki, ulduz futbolçunun karyerasını məhz Mayami təmsilçisində başa vuracağı gözlənilir.


İddiaya görə, transfer 2027-ci ilin yanvar ayında reallaşa bilər. Heyətində Lionel Messi, Kazemiro və Luis Suares kimi oyunçular olan “İnter Mayami”nin növbəti hədəfi Neymardır.


Qeyd edək ki, hazırda Lionel Messi də “İnter Mayami”də çıxış edir. Neymar vaxtilə "Barselona" və PSJ-də Messi ilə komanda yoldaşı olub.

Mənbə axar.az

Oxşar Xəbərlər