İdman
Transfer bazarının görünməyən üzü: Futbolda milyonlar hara gedir? - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı dünyada və Azərbaycanda davam edən transfer dönəminə həsr olunub. Futbol dünyasında transfer dönəmi yalnız yeni futbolçuların komandaya cəlb olunması ilə yadda qalmır. Böyük məbləğlər, yüksək maaşlar, maliyyə riskləri və klubların gələcək strategiyaları da bu prosesin əsas hissəsinə çevrilib. Avropanın aparıcı liqalarında klubların transferlərə yanaşması bir-birindən ciddi şəkildə fərqlənir. Xüsusilə, İngiltərə Premyer Liqası maliyyə imkanları baxımından digər ölkələri geridə qoyur. İngiltərədən kənarda isə bir sıra ölkələrin klubları transfer bazarında ciddi maliyyə problemləri ilə üzləşirlər.
Türkiyədə isə fərqli mənzərə müşahidə olunur. Yerli klubların futbolçulara yüksək maaşlar təklif etməsi transfer bazarında rəqabəti artırsa da, bu siyasətin uzunmüddətli perspektivdə nə qədər dayanıqlı olduğu sual doğurur. Azərbaycan futbolunda isə əsas məsələlərdən biri klubların futbolçu satışı modelini inkişaf etdirməsidir. Xüsusilə, "Qarabağ" və "Sabah"ın futbolçularını Avropa klublarına satması həm həmin komandaların maliyyə imkanlarını artırmaq, həm də Azərbaycan futbolunun inkişafına ciddi töhfə vermək baxımından əhəmiyyətlidir. Futbolçunun yetişdirilməsi, onun Avropanın daha güclü çempionatlarına transfer olunması və bundan klubun gəlir əldə etməsi Azərbaycan klubları üçün gələcəkdə daha dayanıqlı modelə çevrilə bilər. Bəs böyük klubların milyonlarla avro xərclədiyi, bəzi ölkələrdə isə yüksək maaşların maliyyə problemləri yaratdığı transfer bazarında Azərbaycan futbolu öz yerini necə tapa bilər? Yeni buraxılışda dünya futbolundakı transfer siyasətini, böyük klubların addımlarını, Avropadakı maliyyə mənzərəsini, Türkiyədəki yüksək maaş siyasətini və "Qarabağ"la "Sabah"ın futbolçu satışlarının Azərbaycan futboluna mümkün təsirlərini müzakirə etdik.

Mənbə
oxu.az