İdman

De Pauldan atasını itirən Messiyə təsirli dəstək - FOTO

09 Aug 2026, 09:36 2 baxış
De Pauldan atasını itirən Messiyə təsirli dəstək - FOTO
ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul Liqalar Kuboku matçı zamanı atasını itirən səkkizqat "Qızıl top" sahibi, 2022-ci il dünya çempionu Lionel Messiyə dəstək olub. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Liqalar Kubokunun ikinci turunun görüşündə "İnter Mayami" Meksikanın "Monterrey" klubuna 1:2 hesabı ilə məğlub olub. De Paul 32-ci dəqiqədə hesabı açıb. O, qoldan sonra formasını çıxararaq üzərində Messinin soyadı və 10 nömrəsi əks olunan köynəyi nümayiş etdirib. 2023-cü ildən "İnter Mayami"də çıxış edən səkkizqat "Qızıl top" sahibi Lionel Messi qarşılaşmada iştirak etməyib. Xatırladaq ki, avqustun 8-də Lionel Messinin atası Xorxe Messinin vəfat etdiyi məlum olub. Onun ölüm səbəbi açıqlanmayıb. Xorxe Messinin 68 yaşı var idi.
{{gallery}}
De Pauldan atasını itirən Messiyə təsirli dəstək - FOTO De Pauldan atasını itirən Messiyə təsirli dəstək - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər