Siyasət
Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?
Avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.
Axar.az 1news.az-a istinadla xəbər verir ki, zəng Donald Trampın təşəbbüsü ilə baş tutub və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sülh sammitinin birinci ildönümünə təsadüf edib.
Məlumata görə, liderlər arasında söhbət dostluq və mehriban şəraitdə keçib.
Mənbə
axar.az