Siyasət
Amerikalı politoloq: "Trampın ikinci dəfə hakimiyyətə gəlməsi Ermənistan və Azərbaycan arasında əlaqələrin qurulması prosesini sürətləndirdi"
"2025-cı il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə baş verən hadisə mühüm bir məqam idi". Bu sözləri Oxu.Az-a açıqlamasında amerikalı politoloq Con Kavuliç deyib. O bildirib ki, Bakı ilə İrəvan arasında əlaqələr nə qədər çox olarsa, Ermənistan, Azərbaycan və Türkiyəni əhatə edən regiona siyasi və kommersiya marağı da bir o qədər artacaq:
"Bu, xüsusilə Avropa İttifaqının siyasi rəhbərliyi, Avropa İttifaqında fəaliyyət göstərən şirkətlər və ABŞ şirkətləri üçün mühüm əhəmiyyət daşıyır. Həm Prezident İlham Əliyevin, həm də Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın daxili qaydada həll etməsini istədikləri məsələlər hələ də mövcuddur. Lakin bu məsələlər iki güclü dövlətin bir kiçik dövlətlə yenidən fəal əlaqələr qurmasına mane olmamalıdır". "TRIPP layihəsi Ermənistan, Azərbaycan və Türkiyə hökumətləri arasında əməkdaşlığın görünən nümunəsi olması baxımından mühüm əhəmiyyət daşıyır. Nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi həyati əhəmiyyətli infrastruktur məsələsidir. Telekommunikasiya sistemlərinin inkişaf etdirilməsi də eyni dərəcədə vacibdir və bu istiqamətdə işlər sürətləndirilməlidir", - politoloq vurğulayıb. Onun sözlərinə görə, Prezident Trampın ikinci dəfə hakimiyyətə gəlməsi Ermənistan və Azərbaycan arasında formal birgəyaşayış və yenidən əlaqələrin qurulması prosesini sürətləndirdi: "Ermənistanla tam şəkildə əlaqələrin bərpa edilməsini və genişləndirilməsini qəbul etməklə Azərbaycan və Türkiyə vətəndaşları, eləcə də hər iki ölkənin biznesləri bundan faydalanacaqlar".

Mənbə
oxu.az