Siyasət
ABŞ-nin Azərbaycan siyasətində dönüş nöqtəsi: Ədalətsiz qərar tam ləğv ediləcəkmi?
ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin növbəti dəfə dayandırılması ilə bağlı sərəncamı Azərbaycanla olan münasibətlərə nə dərəcədə isti yanaşmasının təzahürüdür. Bu qərar təkcə ikitərəfli münasibətlərdə yeni mərhələnin göstəricisi deyil, həm də Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycana yanaşmasının dəyişdiyini nümayiş etdirir. Xüsusilə təhlükəsizlik, enerji və regional sabitlik məsələlərində Bakının rolunun artması ABŞ administrasiyasının qəbul etdiyi qərarlarda da öz əksini tapır. Məsələ ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ağ Evdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişini paraflaması ABŞ-nin Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəlişlə bağlı da yeni imkanlar yaradır. O bildirib ki, bu düzəliş tam ləğv olunmasa da, onun tətbiqinin dayandırılması barədə qərar müsbət haldır:
"907-ci düzəliş Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərən əsas amillərdən biridir. Tətbiqin dayandırılması tam ləğv demək deyil. Biz istəyirik ki, 907-ci düzəliş tamamilə ləğv edilsin. Ümid edirəm ki, yaxın bir-iki il ərzində buna nail olmaq mümkün olacaq. Ən azı, ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə bu sənədin tam ləğvi real görünür və bunun üçün çalışmalıyıq. Azərbaycan olaraq əlimizdən gələni etməliyik ki, bu ədalətsiz və əsassız düzəliş aradan qaldırılsın. Çünki vaxtilə bu sənəd erməni lobbisinin və Ermənistana dəstək verən müəyyən dairələrin səyi nəticəsində qəbul edilmişdi. 907-ci düzəliş ləğv olunarsa, ABŞ tərəfindən həm Azərbaycana, həm də Ermənistana müdafiə, təhlükəsizlik, iqtisadi, siyasi və mədəni sahələrdə daha geniş dəstək göstərilməsi mümkün olacaq. Təəssüf ki, Azərbaycan uzun illərdir bu imkanlardan məhrumdur. Bu düzəlişin yaratdığı maneələr aradan qaldırılsa, bundan hər iki tərəf fayda götürəcək. Çünki ABŞ Azərbaycanı Cənubi Qafqazın çox önəmli dövlətlərindən biri hesab edir. Bəzi məsələlərdə fikir ayrılıqları və fərqli mövqelər olsa da, bu, beynəlxalq münasibətlərdə normaldır. Ancaq ümumilikdə Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsi və inkişafı baxımından 907-ci düzəliş sanki yolun ortasında qalmış bir maneə, bir ballast rolunu oynayır". Siyasi şərhçi Rəşad Bayramov da Oxu.Az-a açıqlamasında qeyd edib ki, 1992-ci ildə ABŞ-nin Azadlığa Dəstək Aktına əlavə edilən 907-ci düzəliş uzun illər ərzində Azərbaycan-ABŞ münasibətlərində ən problemli məsələlərdən biri olub:
"Azərbaycana birbaşa ABŞ yardımının göstərilməsini məhdudlaşdıran bu haqsız düzəlişin ləğvi istiqamətində rəsmi Bakı uzun illər ərzində sözün əsl mənasında diplomatik mübarizə aparıb. Bu baxımdan, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ görüşü 907-ci düzəlişlə bağlı mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Görüşün nəticəsi olaraq ABŞ Prezidenti Donald Tramp Azərbaycan-Amerika əlaqələrində uzunmüddətli məhdudiyyət yaradan 907-ci düzəlişin tətbiqini dayandıran rəsmi sərəncam imzaladı. Düzdür, bu sərəncam hələ düzəlişin hüquqi baxımdan ləğvi demək deyil. Ancaq bu addım Vaşinqtonun Azərbaycana münasibətində yeni siyasi yanaşmasının formalaşdığını göstərən mühüm mesajdır. Başqa sözlə, uzun illər Azərbaycan üçün siyasi və təhlükəsizlik baxımından məhdudiyyət yaradan mexanizmin faktiki təsiri aradan qaldırılıb. Burada əsas məsələ tətbiqin dayandırılması ilə tam ləğv arasındakı fərqdir. ABŞ prezidenti öz səlahiyyətlərindən istifadə edərək məhdudiyyətin təsirini dayandırdı, lakin 907-ci düzəlişin qanunvericilikdən tam çıxarılması Konqresin qərarını tələb edir. Buna görə də 2025-ci ilin dekabrında Nümayəndələr Palatasında düzəlişin tam ləğvinə dair qanun layihəsinin təqdim edilməsi prosesin növbəti mərhələyə keçməsi baxımından olduqca əhəmiyyətli oldu deyə bilərik". R.Bayramov əlavə edib ki, bu təşəbbüs qanunvericilik prosedurunu uğurla keçərsə, Azərbaycan-ABŞ münasibətlərində uzun illər davam edən hüquqi-siyasi maneələrdən biri birdəfəlik aradan qalxmış olacaq:
"907-ci düzəlişin ləğvi yalnız texniki və ya hüquqi məsələ deyil. Bu, Vaşinqtonun Cənubi Qafqazdakı yeni reallıqları qəbul etməsinin siyasi ifadəsi olacaq. Azərbaycanla ABŞ arasında enerji, nəqliyyat, təhlükəsizlik, müdafiə və regional kommunikasiyalar üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaranacaq. Perspektiv baxımından ən mühüm məqam 907-ci düzəlişin artıq münasibətlərin əsas gündəliyini müəyyən edən məsələ olmaqdan çıxmasıdır. 2026-cı ildə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması da bu transformasiyanın daha geniş siyasi çərçivəyə keçdiyini göstərir. Beləliklə, 907-ci düzəlişin tətbiqinin dayandırılması keçmişdən qalan problemin müvəqqəti neytrallaşdırılması, onun tam ləğvi isə Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin hüquqi-siyasi təsdiqi kimi qiymətləndirilə bilər. Əsas məsələ ondan ibarətdir ki, Vaşinqton-Bakı münasibətləri artıq keçmiş münaqişənin məhdudiyyətləri deyil, yeni regional reallıqlar və qarşılıqlı strateji maraqlar üzərində qurulur".

Mənbə
oxu.az