İdman

Braziliya millisinin yarımmüdafiəçisi Bruno Qimaraynş "Arsenal"a keçdi

08 Aug 2026, 18:36 2 baxış
Braziliya millisinin yarımmüdafiəçisi Bruno Qimaraynş "Arsenal"a keçdi
Braziliya millisinin yarımmüdafiəçisi Bruno Qimaraynş "Nyukasl"dan "Arsenal"a keçib. Oxu.Az-ın xəbərinə görə, transfer barədə "Arsenal"ın mətbuat xidməti öz "X" hesabında məlumat verib. Daha əvvəl bildirilirdi ki, tərəflər 75 milyon funt-sterlinq (87,75 milyon avro) məbləğində transfer barədə razılığa gəliblər. KİV-in məlumatına görə, oyunçunun özü ilə 2031-ci ilin yayına qədər beş mövsümlük müqavilə imzalanıb. 2025/2026-cı il mövsümündə İngiltərə çempionatında 28 yaşlı Bruno Qimaraynş 29 oyun keçirib, bu oyunlarda 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Həmçinin onun hesabında UEFA Çempionlar Liqasında 7 matç var.
Mənbə oxu.az

Oxşar Xəbərlər