Siyasət

Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı

08 Aug 2026, 17:36 1 baxış
Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı
Tarix göstərir ki, müharibədə qələbə qazanmaqla dayanıqlı sülhə nail olmaq eyni şey deyil. Bir çox hallarda hərbi qələbə ilə sülh müqaviləsi arasında uzun illər keçir. Məsələn, İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında münasibətlərin yeni əsasları yalnız 1963-cü ildə Yelisey müqaviləsi ilə təsdiqləndi. Azərbaycan isə bu prosesi cəmi bir neçə ilə tamamladı. 2020-ci il Vətən müharibəsindəki qələbəmiz və 2023-cü ilin antiterror tədbirlərindən sonra Ermənistanı sülh danışıqlarına gətirən rəsmi Bakı, 2025-ci il avqustun 8-də sülh müqaviləsinin paraflanmasına nail oldu. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hərbi qələbənin diplomatik müstəvidə də davamı kimi qiymətləndirilir. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında qeyd edib ki, beynəlxalq münasibətlər sistemində və hüquq təcrübəsində silahlı münaqişələrin yekunlaşması ilə dayanıqlı sülhün hüquqi-siyasi təsbit olunması arasındakı vaxt intervalı dövlətlərin suveren iradəsindən, güclər balansından və postmünaqişə dövrünün geostrateji konfiqurasiyasından birbaşa asılıdır: O xatırladıb ki, İkinci Dünya müharibəsinin 1945-ci ildə başa çatmasına baxmayaraq, Avropa təhlükəsizlik memarlığının əsasını təşkil edən Fransa və Almaniya arasında institusional sülh və barışıq modelinin yalnız 1963-cü il Yelisey Müqaviləsi ilə rəsmiləşməsi münaqişə sonrası transformasiyaların nə qədər mürəkkəb, uzunmüddətli və çoxşaxəli diplomatik mexanizmlər tələb etdiyini nümayiş etdirir:
"Qərbi Avropada 18 illik tarixi vaxt kəsiyini əhatə edən bu uzunmüddətli sülh quruculuğu prosesi ilə müqayisədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən cəmi iki il sonra - 2025-ci il avqustun 8-də Ermənistanla sülh müqaviləsinin paraflanması səviyyəsinə çatılması müasir beynəlxalq hüquqda nadir rast gəlinən sürətli və effektiv "sülhə məcburetmə" diplomatik presedentini formalaşdırmışdır. Tarixi təcrübə göstərir ki, Yelisey Müqaviləsi Avropada transmilli inteqrasiyanın və supermilli strukturların yaranmasının başlanğıcı idisə, Azərbaycan və Ermənistan arasında paraflanan sülh sənədi Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada onilliklər boyu davam edən işğal faktına hüquqi nöqtə qoyan, dövlətlərin suveren bərabərliyi prinsipini bərpa edən lokal geostrateji arxitekturanın təməl daşıdır. Sülh müqaviləsinin paraflanması aktı beynəlxalq hüquqi müstəvidə, xüsusilə 1969-cu il "Müqavilələr hüququ haqqında" Vyana Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq, tərəflərin razılaşdırılmış mətnin yekun, dəyişməz və orijinal ("authentically") olduğunu rəsmən təsdiq etməsi anlamını daşıyır". Onun sözlərinə görə, bu proses Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilmiş ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin, habelə 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinin de-yure səviyyədə tam bərqərar olunmasının hüquqi təzahürüdür:
"BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş fərdi özünümüdafiə hüququ çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan beynəlxalq hüququn imperativ normalarına söykənərək qarşı tərəfi konstruktiv dialoqa və regional hüquqi nizamı tanımağa vadar etmişdir. Müqavilə mətninin paraflanması beynəlxalq hüquqda, daha konkret desək, Vyana Konvensiyasının 18-ci maddəsi ilə tərəflərin ratifikasiya mərhələsinə qədər sənədin obyekt və məqsədinə zidd hərəkətlərdən çəkinmək öhdəliyini yaradır ki, bu da regionda revanşizm cəhdlərinin hüquqi müstəvidə neytrallaşdırılması deməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası göstərdi ki, hərbi zəfərin ardınca diplomatik təşəbbüsü tam şəkildə əldə saxlamaq və sülh gündəliyini diktə etmək müharibədəki qələbəni beynəlxalq hüquqi müstəvidə daimi akta çevirməyin yeganə yoludur. 2023-cü ildən 2025-ci ilin avqustuna qədər olan qısa zaman kəsiyində beynəlxalq təzyiqlərin və geostrateji təcrid cəhdlərinin dəf edilərək ikitərəfli formatda sülh sənədinin paraflanmasına nail olunması hərb meydanındakı mütləq suverenliyin masada diplomatik zəfərlə möhkəmləndirilməsinin bariz və tarixi nümayişidir".
Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı
Mənbə oxu.az

Oxşar Xəbərlər