Siyasət
Azərbaycan-ABŞ münasibətlərində yeni dövr: Vensin Bakı səfəri Vaşinqton sammitinin məntiqi davamı oldu
Azərbaycan ilə ABŞ arasında münasibətlər təkcə regional proseslər fonunda deyil, həm də strateji əməkdaşlığın yeni çərçivəsi baxımından fərqli mərhələyə qədəm qoyur. Bu transformasiyanın ən mühüm göstəricilərindən biri isə ABŞ-nin vitse-prezidenti Сeyms Devid Vensin Bakıya səfəri və səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Xartiyası oldu. Vaşinqton Sammitindən sonra baş verən inkişaflar iki ölkə münasibətlərini müsbət istiqamətdə dəyişdi və ABŞ-nin Azərbaycana, o cümlədən Cənubi Qafqaza marağını artırdı. Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan razılaşmalar təkcə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcını qoymadı, eyni zamanda, Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın roluna baxışını da dəyişdirdi. O əlavə edib ki, uzun illər ABŞ regiona daha çox münaqişənin idarə olunması prizmasından yanaşırdısa, Vaşinqton sammitindən sonra prioritet əməkdaşlıq gündəliyinə çevrildi:
"Bu dəyişiklik qısa müddət sonra konkret siyasi addımlarla müşayiət olundu. Bu ilin fevralında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfər etməsi və Prezident İlham Əliyevlə görüşməsi məhz həmin diplomatik xəttin davamı idi. Səfər, sadəcə, yüksəksəviyyəli rəsmi təmas kimi qiymətləndirilə bilməz. O, Vaşinqtonda verilən siyasi mesajların praktik müstəviyə keçdiyini göstərən növbəti mərhələ idi. Ən mühüm nəticə isə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması oldu. Xartiya iki ölkə münasibətlərini əvvəlki əməkdaşlıq formatından daha yüksək siyasi və hüquqi müstəviyə çıxardı. Sənəd tərəflər arasında strateji dialoqu institusionallaşdıraraq müntəzəm siyasi məsləhətləşmələr üçün davamlı mexanizm formalaşdırdı. Bununla yanaşı, regional təhlükəsizlik, enerji təhlükəsizliyi, müdafiə sahəsində koordinasiya və transmilli təhdidlərə qarşı əməkdaşlıq yeni çərçivədə müəyyən edildi. Sənədin iqtisadi istiqaməti də xüsusi diqqət çəkir. Vaşinqton sammitində müzakirə olunan regional bağlantılar, enerji marşrutları və investisiya imkanları artıq siyasi bəyanatlardan çıxaraq institusional əməkdaşlıq gündəliyinin tərkib hissəsinə çevrildi. Bu isə ABŞ biznesi və investorları üçün Azərbaycanı yalnız enerji tərəfdaşı deyil, həm də Orta Dəhlizin əsas iqtisadi qovşaqlarından biri kimi ön plana çıxardı". Deputatın sözlərinə görə, Vensin Bakıya səfərinin əsas siyasi mənası da burada gizlənir:
"ABŞ regionda artıq yalnız vasitəçi kimi deyil, yeni geoiqtisadi reallığın iştirakçısı kimi mövqe nümayiş etdirməyə başladı. Azərbaycanın təşəbbüsü ilə formalaşan nəqliyyat-kommunikasiya layihələri, Şərqlə Qərbi birləşdirən marşrutlar və sülh gündəliyi Vaşinqton üçün strateji maraq kəsb edən elementlərə çevrildi. Son illər Azərbaycan xarici siyasətdə formalaşdırdığı balanslı kursla həm regional təhlükəsizliyin təminatçılarından biri, həm də qlobal logistika zəncirinin vacib halqası statusunu möhkəmləndirib. Məhz bu amillər ABŞ-nin Bakıya artan siyasi marağını izah edən əsas səbəblərdən biridir. Vaşinqton sammiti bu marağın siyasi təməlini qoydusa, vitse-prezident Vensin səfəri həmin təməlin üzərində yeni strateji tərəfdaşlıq modelinin qurulduğunu nümayiş etdirdi". S.Salmanova əlavə edib ki, Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi regionda yeni siyasi reallıq yaratdı:
"2023-cü ildə ərazi bütövlüyünün tam təmin olunması ilə bu reallıq daha da möhkəmləndi. Bunun ardınca Azərbaycan revanşist yanaşmalara deyil, sülhə, əməkdaşlığa və regional inteqrasiyaya üstünlük verdi. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürüldü. Dövlətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qarşılıqlı tanıması, ərazi iddialarından imtina, güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması kimi müddəalar Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasının əsasını təşkil etdi. Deməli, bu gün regionda müzakirə olunan sülh gündəliyinin əsas siyasi prinsipləri kənardan gətirilməyib. Onların müəllifi Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin müxtəlif çıxışlarında dəfələrlə vurğuladığı kimi, Azərbaycan müharibədən sonra sülh təşəbbüsü ilə çıxış edib, beş əsas prinsip hazırlayıb və Ermənistan tərəfinə təqdim edib. Buna görə də Vaşinqtonda paraflanan sülh sazişi mətni qəfil meydana çıxmış diplomatik nəticə deyil. Bu sənəd Azərbaycan Prezidentinin illər əvvəl müəyyən etdiyi siyasi xəttin məntiqi davamıdır". Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəlcə öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etdi. Bundan sonra qarşı tərəfə sülh təklif etməklə göstərdi ki, Azərbaycanın məqsədi regionda yeni qarşıdurma yaratmaq deyil, uzunmüddətli və dayanıqlı sülh sisteminin formalaşdırılmasıdır:
"Bu yanaşmanın arxasında ciddi dövlətçilik fəlsəfəsi dayanır. Azərbaycan üçün sülh yalnız müharibənin olmaması demək deyil. Sülh, eyni zamanda, suverenliyin qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi və xalqların rifahının yüksəldilməsidir. Bu səbəbdən Azərbaycanın irəli sürdüyü sülh gündəliyi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını nəzərdə tutmur. Bu gündəlik bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir. 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən görüş Azərbaycanın sülh təşəbbüsünün beynəlxalq müstəvidə daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş"in razılaşdırılmış mətnini paraflaması mühüm siyasi hadisə idi. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Birgə Bəyannamə imzalaması isə prosesin siyasi əhəmiyyətini daha da artırdı. Sənəddə sülh sazişinin paraflanması ilə yanaşı, ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması istiqamətində addımların atılması, regional kommunikasiyaların açılması və TRIPP layihəsinin reallaşdırılması ilə bağlı mühüm müddəalar öz əksini tapdı. Bütün bunlar Azərbaycanın illərdir müdafiə etdiyi mövqenin beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir".

Mənbə
oxu.az