İdman
Ronald Arauxo "Barselona"dan gedir
Kataloniyanın "Barselona" klubunun müdafiəçisi Ronald Arauxo tezliklə "Liverpul"un oyunçusu olacaq. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano öz sosial şəbəkə hesablarında məlumat yayıb. Mənbənin məlumatına görə, tərəflər 27 yaşlı uruqvaylı futbolçunun bir illik icarəsi ilə bağlı artıq razılığa gəliblər və bütün lazımi sənədlər yaxın bir neçə gün ərzində imzalanacaq. "Liverpul" gələn ilin yayında oyunçunun transfer hüquqlarını tam əldə edə biləcək, lakin bu opsion məcburi xarakter daşımayacaq. 2025/26-cı illər mövsümündə Ronald Arauxo bütün turnirlərdə "Barselona"nın heyətində 38 oyuna çıxıb və dörd qolla yadda qalıb.
Mənbə
oxu.az