İdman

Messinin ailəsində ağır itki

08 Aug 2026, 15:20 2 baxış
Messinin ailəsində ağır itki

Argentina millisinin kapitanı və dünya çempionu Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.


Axar.az xarici mediaya istinadla xəbər verir ki, Xorxe Messi uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki klinikalardan birində dünyasını dəyişib.


Qeyd edək ki, Xorxe Messi yalnız Lionel Messinin atası deyil, həm də futbolçunun peşəkar karyerasının formalaşmasında mühüm rol oynayan şəxs olub. O, Messi oğlunun "Nyuells Old Boys" akademiyasındakı ilk addımlarından İspaniyaya köçməsinə və "Barselona"da karyerasına başlamasına qədər onun yanında olub.


Bundan başqa, X.Messi uzun illər ərzində oğlunun meydandan kənar əsas məsləhətçisi və nümayəndəsi olub.

Mənbə axar.az

Oxşar Xəbərlər