İdman

İnfantino ilə bağlı qalmaqallı ittihamlar: FIFA bəyanat yaydı

08 Aug 2026, 14:28 2 baxış
İnfantino ilə bağlı qalmaqallı ittihamlar: FIFA bəyanat yaydı
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) qurumun prezidentinin Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi vəzifəsində çalışdığı müddətdə öz keçmiş sevgilisinə kompensasiya ödənilməsini təmin etdiyinə dair ittihamlar fonunda bəyanat yayıb. Oxu.Az-ın xəbərinə görə, bəyanatda FIFA prezidenti Canni İnfantinonun bu iddiaları tamamilə rədd etdiyi vurğulanır. "Nizamnamə və ya qaydaların pozulması ilə bağlı istənilən fərziyyələr böhtan xarakterlidir. UEFA və ya FIFA-nın heç bir əməkdaşı İnfantinonun hərəkətləri ilə bağlı şikayət ünvanlamayıb. İşdən çıxarılmalar və işdənçıxarma müavinətinin ödənilməsi də daxil olmaqla, kadrlarla bağlı bütün qərarlar səlahiyyətli rəhbərlər tərəfindən mövcud qaydalara ciddi şəkildə riayət olunmaqla təsdiqlənib", - deyə bəyanatda qeyd edilib. Daha əvvəl KİV-də İnfantinonun UEFA-da çalışdığı müddətdə sevgilisini vəzifədə irəli çəkdiyi və ona işdənçıxarma müavinətlərinin ödənilməsini təmin etdiyi bildirilirdi. İnfantino 2000-ci ilin avqust ayından UEFA-da çalışıb. O, 2009-cu ildən 2016-cı ilə qədər baş katib vəzifəsini tutub. 2016-cı ilin fevral ayında Beynəlxalq Futbol Federasiyasının prezidenti seçilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər