İdman

Mingəçevirdə "Kürü keçək?! 5" üzgüçülük yarışı keçirilir - VİDEO

08 Aug 2026, 13:46 2 baxış
Mingəçevirdə "Kürü keçək?! 5" üzgüçülük yarışı keçirilir - VİDEO
Bu gün Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" üzgüçülük yarışı keçirilir. Oxu.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutur.

Bu il ilk dəfə yarış iki məsafə üzrə təşkil olunur. 111 iştirakçı 1 000 metr, 505 iştirakçı isə 350 metr məsafədə mübarizə aparacaq. İlk olaraq 350 metr məsafəyə üzmə yarışına start verilib. Sağlam həyat tərzinin və su idman növlərinin təbliği məqsədilə keçirilən yarış bu il rekord sayda iştirakçını bir araya gətirib. Ümumilikdə 616 nəfərin qatıldığı yarışda ən gənc iştirakçının 12, ən yaşlının isə 79 yaşı var. Kişilər və qadınlar arasında altı yaş kateqoriyası üzrə keçirilən yarışda hər kateqoriyada ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər