Siyasət

Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

08 Aug 2026, 13:35 2 baxış
Bakı və İrəvan arasında tarixi razılaşma... - Fransa XİN

Azərbaycan və Ermənistan bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin ildönümü münasibətilə yaydığı bəyanatda qeyd olunub.


"2026-cı il avqustun 8-də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi razılaşmanın birinci ildönümü qeyd olunur. Ötən il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhü öz xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və cəsarətli addımlar atıblar", - məlumatda bildirilib.


Onun sözlərinə görə, Fransa Cənubi Qafqazın yenidən tamhüquqlu əməkdaşlıq məkanına və Avropa ilə Asiya arasında birləşdirici halqaya çevrilməsi üçün bu prosesin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası, sərhədlərin açılması və regional nəqliyyat əlaqələrinin inkişafı ilə davam edəcəyinə ümid edir.


O əlavə edib ki, Fransa avropalı tərəfdaşları ilə birgə Azərbaycanın və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə bu prosesə fəal şəkildə dəstək verməyə davam edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər