Siyasət

Vaşinqton sammitinin ildönümü: London Cənubi Qafqazda sabitlik tərəfdarıdır

08 Aug 2026, 12:52 3 baxış
Vaşinqton sammitinin ildönümü: London Cənubi Qafqazda sabitlik tərəfdarıdır
Böyük Britaniya Cənubi Qafqazda möhkəm sülhün əldə edilməsi istiqamətində səylərə dəstəyini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin avqustun 8-də Vaşinqton sammitinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib. "Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk. Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir. Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək", - bəyanatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər