İdman
Nəriman Axundzadə "Erzurumspor"la rəsmən müqavilə imzalayıb
Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadə Türkiyənin "Erzurumspor" klubu ilə rəsmən müqavilə imzalayıb. Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir. Bildirilir ki, 22 yaşlı hücumçu Erzurum şəhərinə gələrək klubun prezidenti Ahmet Dal ilə görüşüb. Görüşdən sonra tərəflər rəsmi müqavilə imzalayıblar. Qeyd edək ki, Erzurum təmsilçisi gənc futbolçunu ABŞ-nin "Kolambus Kryu" komandasından bir mövsümlük icarə əsasında heyətinə cəlb edib. * Nəriman Axundzadənin yeni müqaviləsinin detalları Xatırladaq ki, "Kolambus Kryu" Axundzadəni bu ilin əvvəlində "Qarabağ"dan 2,5 milyon avro müqabilində transfer etmişdi. Hazırda isə futbolçumuzun transfer bazarındakı dəyəri 2 milyon avro qiymətləndirilir.
Mənbə
oxu.az