Digər

Bu şəxslərə vətəndaşlıq verilməyəcək - Trampdan yeni qərar

07 Aug 2026, 12:45 1 baxış
Bu şəxslərə vətəndaşlıq verilməyəcək - Trampdan yeni qərar

ABŞ Prezidenti Donald Tramp əcnəbilərin ölkədə doğulan uşaqlarına avtomatik vətəndaşlıq verilməsi qaydasını məhdudlaşdırmaq məqsədilə iki yeni sərəncamı imzalayıb.


Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


Məlumata görə, yeni qərarlar bəzi əcnəbilərin uşaqlarına, eləcə də “doğum turizmi” ilə bağlı hallara tətbiq olunması nəzərdə tutulan məhdudiyyətləri əhatə edir.


Tramp doğumla vətəndaşlığın verilməsini köləlik dövrünün qalığı adlandırıb:


"Biz bu təcrübəyə son qoyuruq".


Qeyd edək ki, ABŞ Konstitusiyasının 14-cü düzəlişi ölkədə doğulan şəxslərə vətəndaşlıq hüququ verir və Trampın bundan əvvəlki məhdudlaşdırma cəhdi məhkəmə tərəfindən dayandırılmışdı.


Yeni sərəncamların qüvvəyə minib-minməyəcəyi qarşıdakı hüquqi proseslərdən sonra müəyyənləşəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər