Digər

Bu, Ukrayna üçün məğlubiyyət demək deyil - Kutarba

06 Aug 2026, 08:00 20 baxış
Bu, Ukrayna üçün məğlubiyyət demək deyil - Kutarba

NATO-ya üzvlükdən imtina Ukrayna üçün məğlubiyyət demək deyil. Bu ssenari yeni güc balansının formalaşmasının xəbərçisi ola bilər. Belə bir vəziyyətdə Ukrayna Rusiyanın qarşısında "sədd" rolunu oynayacaq, Avropa isə onun hərbi arxa cəbhəsinə çevriləcək.


Axar.az xəbər verir ki, bunu polşalı siyasi ekspert Marek Kutarba Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının NATO ilə bağlı açıqlamasını şərh edərkən deyib.


Kutarbanın sözlərinə görə, Zalujnı öz çıxışında Ukraynanın NATO-ya qapılarının bağlanmasını deyil, hələ də II Dünya müharibəsi dövrünün qərarlarına əsaslanan bir quruma üzv olmağın çətinliyini vurğulayıb. O, həmçinin Alyansın hərbi potensialını tənqid edərək bildirib ki, NATO-nun Rusiyanın səviyyəsinin heç olmasa yarısına çatmasına imkan verəcək standartlara nail olması üçün qarşıdakı 12 il lazım olacaq.


"Ukrayna üçün NATO üzvlüyü artıq ölüm-qalım məsələsi deyil. Dörd ildən artıq davam edən müdafiə müharibəsindən sonra vəziyyət köklü şəkildə dəyişib. Paradoks ondadır ki, müəyyən mənada NATO artıq Ukrayna üçün əvvəlki qədər zəruri deyil", - ekspert vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər