Digər

Rus ordusunun anbarlara zərbələrinin səbəbi budur - Pendzin

06 Aug 2026, 08:30 23 baxış
Rus ordusunun anbarlara zərbələrinin səbəbi budur - Pendzin

Rusiya qüvvələri Ukraynanın logistika mərkəzlərinə və pərakəndə satış şəbəkələrinin anbarlarına hücumları gücləndirərək, malların tədarükünü pozmağa və iqtisadiyyatı sabitsizləşdirməyə çalışırlar.


Axar.az xəbər verir ki, bunu ukraynalı iqtisadçı ekspert Oleq Pendzin bildirib.


Pendzin qeyd edib ki, hazırda qiymətlərin sürətlə artmasının qarşısını alan əsas amil bazar iqtisadiyyatı və yüksək rəqabətdir:


“Yəni bazarda kifayət qədər rəqabətli təkliflər mövcuddur və bu, hələlik qiymətlərin əvvəlki səviyyədə saxlanmasına imkan verir.


Gec-tez pərakəndə satış sektoru logistika obyektlərinə endirilən zərbələr nəticəsində yaranan itkiləri alıcıların aldığı malların qiymətlərini artırmaqla kompensasiya edəcək. Bu da uzunmüddətli perspektivdə inflyasiyanın artmasına əlavə amil olacaq.


Hazırda bunun təsiri birbaşa hiss olunmur. Ancaq 3–6 ay ərzində, xüsusilə qışa yaxın hücumlar enerji infrastrukturuna yönəldikcə, bütün bunlar mağazalardakı məhsulların qiymətlərində də öz əksini tapacaq”, - iqtisadçı qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər