Dünya

97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində: Rekord qırdı - FOTO

06 Aug 2026, 05:31 1 baxış
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində: Rekord qırdı - FOTO
Böyük Britaniyada 97 yaşlı Betti Bromeyc uçan təyyarənin qanadı üzərində gəzən ən yaşlı qadın olub və bununla da özünün Ginnes rekordunu qırıb. Son on ildə o, artıq altı belə uçuş həyata keçirib. Oxu.Az bildirir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Çeltnem sakini olan qadın ötən avqust ayında keçirdiyi insultdan ekstremal hobbisinə qayıdıb. Təqaüdçü qadının sözlərinə görə, xəstəlik onun nitqinə təsir göstərib, lakin o, yeni sınaqdan imtina etmək istəməyib.
{{gallery}} "Əks halda, həyat mənim üçün sadəcə darıxdırıcı olardı. Mən maşın sürə bilmirəm, pis görürəm və bəzən kədərlənirəm. Buna görə hələ də etmək gücündə olduğum işi görmək istəyirəm", - deyə Betti Bromeyc qeyd edib. Britaniyalı qadın üçün ən çətin məqam qısaboylu olması səbəbindən qanadın üzərinə çıxmaq olub. O, uçuşun özünü attraksionlardan daha az qorxulu adlandırıb. Öz 100 illiyi üçün rekordçu qadın daha bir xüsusi sınaq hazırlamağı planlaşdırır. Betti Bromeyc uçuşunu insultdan sonra müalicə aldığı Çeltnem xəstəxanası üçün vəsaitlərin toplanmasına həsr edib. İanələr tibb müəssisəsinin xəstələri və əməkdaşları üçün avadanlıqların alınmasına yönləndiləcək.
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində: Rekord qırdı - FOTO 97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində: Rekord qırdı - FOTO 97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində: Rekord qırdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər