Dünya

Yeni Zelandiyada 15 ildən sonra İLK: Paytaxta qar yağdı - VİDEO

06 Aug 2026, 04:31 2 baxış
Yeni Zelandiyada 15 ildən sonra İLK: Paytaxta qar yağdı - VİDEO
Yeni Zelandiyanın paytaxtı Vellinqtonda son 15 ildə ilk dəfə qar yağıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Avqustun 4-də qar həm Şimal, həm də Cənub adalarında, o cümlədən Kraystçerç və Danidin şəhərlərində müşahidə olunub. Cənub adasındakı üç meteoroloji stansiyada havanın temperaturunun mənfi 9 dərəcəyədək düşdüyü qeydə alınıb.

Qar və buzlaşma səbəbindən ölkədə bir neçə avtomobil yolu bağlanıb, bir çox məktəbdə dərslər ləğv edilib. Polis buzlu yollar səbəbindən çoxsaylı avtomobilin yoldan çıxması hallarının qeydə alındığını bildirərək sakinləri zəruri olmadıqca səfərə çıxmamağa çağırıb. Sosial şəbəkələrdə isə insanların küçələrdə xizək və snoubord sürdüklərini əks etdirən foto və videolar yayılıb. Onlardan birində xizəkçinin "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən dik küçəsi kimi düşən Danidin şəhərindəki Bolduin küçəsində sürüşdüyü görünür.
Mənbə oxu.az

Oxşar Xəbərlər