Dünya

İctimai Wi-Fi şəbəkələrinə qoşularkən DİQQƏT: Saxta yeniləmə tələsi

06 Aug 2026, 04:02 2 baxış
İctimai Wi-Fi şəbəkələrinə qoşularkən DİQQƏT: Saxta yeniləmə tələsi
"Microsoft" dünya üzrə otellərdə, konfrans mərkəzlərində və digər ictimai məkanlarda istifadə olunan Wi-Fi şəbəkələrinə qarşı genişmiqyaslı haker kampaniyası aşkarladığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Meduza.io" məlumat yayıb. Şirkətin məlumatına görə, hücumlar istifadəçilərin ictimai Wi-Fi şəbəkələrinə qoşularkən qarşılarına çıxan giriş səhifələrindən ("captive portal") istifadə edən sistemləri hədəfə alıb. "Microsoft" hesab edir ki, hakerlər bir neçə Wi-Fi operatorunun ortaq xidmətlərinə çıxış əldə etmiş ola bilərlər. Bu isə bir uğurlu hücum vasitəsilə çoxsaylı otel və digər ictimai şəbəkələrə giriş imkanı yarada bilər. Bildirilib ki, kiberhücumçular istifadəçiləri saxta keçidlərə yönləndirərək zərərli proqramlar yayıblar. Həmin proqramlar brauzer və ya əməliyyat sistemi yeniləmələri adı altında təqdim edilib. "Microsoft" hücumların arxasında "Storm-2945" qrupunun dayandığını iddia edir. Şirkət bu qrupu Rusiyanın Xarici Kəşfiyyat Xidməti ilə əlaqələndirdiyi "Midnight Blizzard" qruplaşması ilə əlaqəli hesab edir. Qeyd edək ki, "Microsoft" daha əvvəl də bu qrupun ABŞ dövlət qurumlarına və "Outlook" sisteminə qarşı kiberhücumlarda iştirak etdiyini bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər