Dünya

ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər

06 Aug 2026, 02:14 2 baxış
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası bəzi miqrantların ABŞ immiqrasiya vizası alması üçün yüz minlərlə dollar məbləğində girov ödəməsini nəzərdə tutan pilot proqramı işə salır. Oxu.Az bildirir ki, "The Washington Free Beacon" nəşri bu barədə ABŞ Dövlət Departamentinə istinadən xəbər verir. Girovun məbləğini ABŞ konsulluqları fərdi qaydada müəyyən edəcəklər. Dövlət Departamenti bildirib ki, bu həftə nəzərdən keçirilən bəzi fərdi müraciətlər üzrə girov məbləği 100 min dollardan 250 min dollaradək qiymətləndirilir. Dövlət Departamentindən vurğulanıb ki, işə salınan bu layihə büdcənin sosial yardım proqramlarını "böyük tibbi xərclər və ya digər ehtiyaclarla gələn əcnəbilərin maliyyə yükündən" qoruyacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər