Dünya

BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi

06 Aug 2026, 00:00 2 baxış
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) son illərin ən güclü isti hava dalğalarından biri müşahidə olunur. Havanın temperaturu 51 dərəcədən yuxarı qalxıb. Oxu.Az "Meteovesti"yə istinadən xəbər verir ki, Milli Meteorologiya Mərkəzinin məlumatına görə, avqustun 5-də Əl-Dəfra bölgəsinin Bidaa-Dafas yaşayış məntəqəsində havanın temperaturu 51,2 dərəcə Selsiyə çatıb. Bu göstərici ölkədə qeydə alınmış tarixi maksimuma yaxınlaşıb. BƏƏ-də rekord temperatur 2002-ci ilin iyulunda qeydə alınıb və 52,1 dərəcə təşkil edib. Mütəxəssislər bildirirlər ki, belə yüksək temperatur həm əhali, həm də infrastruktur üçün ciddi sınaqdır. Hakimiyyət orqanları sağlamlıqla bağlı riskləri azaltmaq üçün əlavə tədbirlər görürlər. Sinoptiklərin proqnozuna görə, bəzi bölgələrdə avqustun 7-dək yağış və güclü külək gözlənilir. Lakin isti hava fonunda toz və qum fırtınaları, eləcə də görmə məsafəsinin azalması təhlükəsi davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər