Dünya

İranda Milli Neft Şirkətinin bank hesabları DONDURULDU

05 Aug 2026, 21:24 2 baxış
İranda Milli Neft Şirkətinin bank hesabları DONDURULDU
İranda Dövlət Sənaye və Mədən Bankı borclara görə Milli Neft Şirkətinin bank hesablarını dondurub. Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Məlumata görə, Sənaye və Mədən Bankının İdarə Heyətinin sədri İranın İqtisadiyyat Nazirliyi tərəfindən təyin olunur. Hesabların dondurulması barədə qərar dövlət büdcəsi haqqında qanunda neft şirkətinin borclarının ödənilməsinin təxirə salınmasının nəzərdə tutulmasına baxmayaraq qəbul edilib. Qanuna əsasən, şirkətə borclarını ödəmək üçün 2027-ci il martın 20-dək vaxt verilib. Xatırladaq ki, iyulun 29-da ABŞ İranla bağlı sanksiyalar siyahısına 10 hüquqi şəxsi və səkkiz tankeri əlavə edib. ABŞ Dövlət Departamentinin məlumatına görə, sanksiyalar Hörmüz boğazı vasitəsilə İran nefti və neft məhsullarının daşınmasına yardım edən şirkətlərə qarşı tətbiq olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər