Cəmiyyət

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

05 Aug 2026, 14:44 21 baxış
İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Ermənistan və ABŞ TRİPP proqramının həyata keçirilməsini müzakirə ediblər.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounu qəbul edib. Görüş zamanı hər iki tərəf 8 avqust 2025-ci il tarixində Vaşinqton Sülh Sammitindən bəri əldə edilən əhəmiyyətli nailiyyətlərdən bəhs edib. Regionun inkişaf potensialının tam şəkildə reallaşdırılması üçün Ermənistan və Azərbaycan arasında sülhün vacibliyini vurğulayan həmsöhbətlər, həmçinin sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş mümkün addımları müzakirə edib. TRİPP proqramının həyata keçirilməsi də müzakirə edilib. Tərəflər proqramın mümkün qədər tez həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər