Digər

Türkiyə-Azərbaycan Universiteti - elm, təhsil və sənayenin birləşdiyi yeni universitet!

05 Aug 2026, 13:56 23 baxış
Türkiyə-Azərbaycan Universiteti - elm, təhsil və sənayenin birləşdiyi yeni universitet!
İki dövlətin tarixi qardaşlığı müasir elmin mərkəzində birləşib. 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanan Anlaşma Memorandumu ilə regionun yeni akademik cazibə mərkəzi - Türkiyə-Azərbaycan Universiteti yaradılıb. Türkiyənin nüfuzlu ali təhsil müəssisələri - Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin güclü təhsili Azərbaycan Texniki Universitetinin dəstəyi ilə eyni çətir altında, burada birləşib. Hazırda 174 tələbənin təhsil aldığı universitetdə 3 ixtisas üzrə tədris aparılır: - Kompüter mühəndisliyi; - Sənaye mühəndisliyi; - Qida mühəndisliyi. Sizə qlobal rəqabət meydanında önə keçmək üçün hər şey təklif olunur: - Dövlət sifarişi əsasında qəbul; - Tam ingilis dilində təhsil; - Müasir laboratoriyalar və real sənaye əməkdaşlığı ilə eyni anda nəzəriyyə və praktika; - Sərhədləri aşan, beynəlxalq səviyyədə tanınan iki diplom! Türkiyə-Azərbaycan Universiteti yeni tədris ilində ölkəmizin istedadlı gənclərini beynəlxalq təhsil mühitinə dəvət edir. Qlobal rəqabət meydanına hazırsınız? Gələcəyinizi lider universitetlərin akademik gücü ilə qurun! Türkiyə-Azərbaycan Universiteti - güc birlikdədir!
Mənbə oxu.az

Oxşar Xəbərlər