Cəmiyyət
Daha 27 ailənin Xocavənd həsrəti sona çatır - FOTO
Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət daha 27 ailə yola salınıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 20 (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 (9 nəfər), Xocavənd kəndinə isə 5 ailənin (17 nəfər) qayıdışı təmin edilib. Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər