Digər
Husilər Səudiyyənin neft tankerini vurdular
Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerini ballistik raketlərlə vurublar.
Axar.az xəbər verir ki, bu barədə husilər məlumat yayıb.
Məlumata görə, Qırmızı dənizin Yanbu sahilləri yaxınlığında üzən "Wafa" adlı Səudiyyə Ərəbistanına məxsus neft tankerinə ballistik raketlərlə zərbə endirilib və hədəf birbaşa vurulub.
Bu, husilərin iyulun 22-dən bəri hədəfə aldıqları səkkizinci neft tankeridir.
Mənbə
axar.az