Digər

Onlara inanmayın, korrupsiyaya bulaşıblar - Tramp

05 Aug 2026, 12:16 17 baxış
Onlara inanmayın, korrupsiyaya bulaşıblar - Tramp

Saxta media tərəfindən uydurulan sorğular həqiqət deyil, mənim həqiqi reytinq göstəricilərim indiyədək olduğu ən yüksək səviyyədədir.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.


“Bu da təəccüblü deyil. Axı tarixdə ən böyük vergi endirimlərini həyata keçirmişik, ən yüksək məşğulluq göstəricilərinə nail olmuşuq, dünya tarixində Amerikaya ən böyük xarici investisiyalar cəlb olunub, sərhədlər tam təhlükəsizdir, Venesuelada böyük qələbə qazanmışıq, İran nüvə silahından məhrum edilib, ABŞ bütün dünyada misli görünməmiş hörmət və uğur qazanıb. Bunlardan başqa daha çox nailiyyətlərimiz var.


Radikal solun saxta sorğu nəticələrinə inanmayın. Onlar da ölkəni məhv edən demokratlar kimi, saxtakardır və korrupsiyaya bulaşıblar.


Amerikanın böyüklüyü naminə Respublikaçılara səs verin!”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər