Cəmiyyət

İki qardaş ölkənin təşəbbüsü: ingiliscə, pulsuz tədris... - Video

05 Aug 2026, 11:20 17 baxış
İki qardaş ölkənin təşəbbüsü: ingiliscə, pulsuz tədris... - Video

Azərbaycanla Türkiyə arasında ortaq universitet olan Türkiyə-Azərbaycan Universiteti haqda maraqlı videoçarx hazırlanıb.


Axar.az xəbər verir ki, videoçarxda 2024-cü ildə fəaliyyətə başlayan universitetin üstünlükləri barədə geniş izah verilib.


Bildirilib ki, hazırda universitetdə 3 ixtisas üzrə tədris aparılır.


İki qardaş ölkənin prezidentlərinin təşəbbüsü ilə yaradılmış və hazırda ölkəmizdə fəaliyyət göstərən bu universitetdə tədris tamamilə ingilis dilindədir.


Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır.


Həmin videoçarxı təqdim edirik:


Mənbə axar.az

Oxşar Xəbərlər