Cəmiyyət

Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO

05 Aug 2026, 10:04 5 baxış
Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO
Gürcüstan Dəmir Yollarına məxsus olan qatarın Bakıda təmir edildiyi bildirilir. Oxu.Az xəbər verir ki, bununla bağlı foto sosial şəbəkədə yayılıb.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.Az-a faktı təsdiqləyiblər. Qurumdan bildirilib ki, görüntülər Biləcəri lokomotiv deposunda çəkilib. Gürcüstan Dəmir Yollarına məxsus "Stadler Rail Group" şirkətinin istehsalı olan qatarın 1 ədəd vaqonu, həmçinin "Stadler" markalı ikimərtəbəli qatarın 16 ədəd arabacığı adıçəkilən depoda təmir edilərək təhvil verilib.
Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO Gürcüstan qatarları Azərbaycanda təmir edilir? - RƏSMİ - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər