Cəmiyyət
Astaranın iki kəndində qaz kəsiləcək
Astara rayonunun Təngərüd və Maşxan kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 6 avqust 2026-cı il saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən kəndlərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər