Cəmiyyət

Ağcabədidə iki minik avtomobili toqquşub: XƏSARƏT ALAN VAR - FOTO

05 Aug 2026, 10:44 21 baxış
Ağcabədidə iki minik avtomobili toqquşub: XƏSARƏT ALAN VAR - FOTO
Ağcabədi rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib. Oxu.Az xəbər verir ki, hadisə Ağdam-Ağcabədi yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Nicat Həsənovun idarə etdiyi VAZ-2107 markalı 99-EJ-088 dövlət nömrə nişanlı avtomobillə Səxavət Quliyevin idarə etdiyi "Toyota Prado" markalı, 90-TK-502 dövlət qeydiyyat nişanlı minik maşını toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1991-ci il təvəllüdlü şəxs (kişi) avqustun 4-də saat 01:35-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Onda döş qəfəsinin qapalı travması və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub. Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Ağcabədidə iki minik avtomobili toqquşub: XƏSARƏT ALAN VAR - FOTO Ağcabədidə iki minik avtomobili toqquşub: XƏSARƏT ALAN VAR - FOTO Ağcabədidə iki minik avtomobili toqquşub: XƏSARƏT ALAN VAR - FOTO Ağcabədidə iki minik avtomobili toqquşub: XƏSARƏT ALAN VAR - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər