Dünya
Slovakiyada temperatur rekordu qeydə alınıb
Slovakiyanın paytaxtı Bratislavada hava temperaturu rekord həddə çatıb. Oxu.Az "Markiza" telekanalına istinadən xəbər verir ki, şəhərdə termometrlər 40.8 dərəcəni göstərib. Bu, Bratislavada hava müşahidələrinin aparıldığı yüz ildən artıq müddətdə qeydə alınan ən yüksək temperatur hesab olunur. Meteoroloqlar ölkədə anomal istilərin yaxın günlərdə daha da güclənə biləcəyini istisna etmirlər.
Mənbə
oxu.az