Dünya
ABŞ-İran münaqişəsində yaralanan amerikalı hərbçilərin sayı artıb
ABŞ ilə İran arasında baş verən münaqişə zamanı yaralanan amerikalı hərbçilərin sayı 686 nəfərə yüksəlib. Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib. Avqustun 4-nə olan məlumata görə, ABŞ rəhbərliyinin mayın 5-də başa çatdığını bəyan etdiyi "Epik qəzəb" əməliyyatı zamanı 417 amerikalı hərbçi yaralanıb. İyulun 7-dən etibarən İrana qarşı başlanmış yeni əməliyyatlar zamanı isə daha 269 hərbçi xəsarət alıb. Beləliklə, yaralanan ABŞ hərbçilərinin ümumi sayı 686 nəfər təşkil edib. Pentaqonun məlumatına əsasən, həlak olan amerikalı hərbçilərin sayı dəyişməyərək 18 nəfər olaraq qalır. Onlardan 14-ü "Epik qəzəb" əməliyyatı zamanı, daha dördü isə iyulun 7-dən sonra aparılan əməliyyatlarda həyatını itirib. ABŞ Prezidenti Donald Tramp avqustun 2-də bildirib ki, Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma fonunda İrana qarşı planlaşdırılan hücumları ləğv edib.
Mənbə
oxu.az