Dünya
Yəmən hərbçiləri batan gəmidən hindistanlı dənizçiləri xilas ediblər
Yəmən sahil mühafizəsi və Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə hücuma məruz qalaraq batan Hindistan yük gəmisinin 14 ekipaj üzvünü xilas edib. Oxu.Az xəbər verir ki, bu barədə "Al Mashhad Al Yemeni" nəşri məlumat yayıb. Bildirilib ki, "Faizi Noori Auliya" gəmisi Hudeyda liman şəhərindən təxminən 13 dəniz mili cənubda minalanmış katerin iştirakı ilə həyata keçirilən hücuma məruz qalıb və nəticədə batıb. Yəmən qüvvələrinin əməliyyatı nəticəsində gəmidə olan bütün dənizçilər - 13 Hindistan vətəndaşı və bir Yəmən vətəndaşı xilas edilib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Xilas edilən ekipaj üzvləri təhlükəsiz əraziyə aparılıb və onlara tibbi yardım göstərilib.
Mənbə
oxu.az