Dünya
Fransa sahillərində miqrantların olduğu qayıq yanıb
Fransadan Böyük Britaniya istiqamətində La-Manş boğazı ilə hərəkət edən miqrantların olduğu qayıqda yanğın baş verib. Oxu.Az-xəbər verir ki, bu barədə BBC Fransanın La-Manş və Şimal dənizi prefekturasının açıqlamasına istinadən məlumat yayıb. Məlumata görə, yanğın bu gün səhər saatlarında qayıqdakı mühərrikin alışmasından sonra baş verib. Xilasetmə əməliyyatı nəticəsində 157 nəfər təxliyə edilərək Bulon-sür-Mer limanına çatdırılıb. İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Mənbə
oxu.az