Digər
Rusiya 13 regionda yanacaq limitlərini ləğv etdi
“Qazprom neft” Rusiyanın 13 regionunda yanacaqdoldurma məntəqələrində yanacaq satışına tətbiq etdiyi limitləri ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Məhdudiyyətlər Moskva və Sankt-Peterburqdakı, həmçinin Moskva, Leninqrad, Omsk, Yaroslavl, Nijni Novqorod, Vladimir, Voloqda və Kemerovo vilayətlərindəki, Krasnodar diyarındakı, Çuvaşiya və Tatarıstandakı yanacaqdoldurma məntəqələrində ləğv olunub”, - məlumatda deyilib.
Qeyd olunub ki, sürücülərə avtomobillərin və bidonların yanacaqla doldurulmasına dair tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb.
Mənbə
axar.az