Dünya
İsrail və Livan razılaşdı: "Hizbullah"ın tərk-silahına kimlər nəzarət edəcək?
İsrail və Livan "Hizbullah" təşkilatının tərk-silah edilməsinə dair razılaşmaların icrasına nəzarət edəcək ölkələrin siyahısını razılaşdırıblar. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, siyahıya Böyük Britaniya, İtaliya, İsveçrə və İndoneziya daxil edilib. Agentliyin məlumatına görə, razılaşma İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə Romada keçirilən danışıqların son raundunun yekunlarına əsasən əldə olunub. Müzakirələr hələlik ilkin mərhələdədir. "Reuters"in mənbələri iştirakçı ölkələrin razılaşmaların icrasına nəzarət etmək üçün Livana öz hərbçilərini göndərəcəyini istisna etmirlər.
Mənbə
oxu.az