İdman

KİV: Trampın kürəkəninin qardaşı NBA klubunu rekord qiymətə alacaq

13 Aug 2026, 00:24 3 baxış
KİV: Trampın kürəkəninin qardaşı NBA klubunu rekord qiymətə alacaq
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) "Los-Anceles Leykers" klubu 12 milyard dollara yeni sahibinə satılacaq. Oxu.Az ESPN telekanalına istinadən xəbər verir ki, klubu biznesmenlər Bob Ayger və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin kiçik qardaşı Coş Kuşner alacaqlar. "Leykers"in satışı idman tarixində ən böyük sövdələşmə olacaq. 2025-ci ilin iyununda ESPN "TWG Global" şirkətinin baş direktoru və sədri Mark Uolterin kluba nəzarət səhm paketini 10 milyard dollara alacağını açıqlamışdı. Həmin ilin oktyabrında NBA-in idarəçilər şurası sövdələşməni təsdiqləyib. Bildirilirdi ki, "Leykers"in əvvəlki sahibi Bass ailəsi müəyyən müddət ərzində klubda 15%-dən bir qədər çox paya sahib olacaq, Cinni Bass isə satışdan sonra komandanın rəhbəri vəzifəsini qoruyub saxlayacaq. Qeyd edək ki, Bass ailəsinin rəhbərliyi dövründə komanda NBA-də 11 çempionluq qazanıb ki, bu da həmin dövr ərzində liqada ən yüksək göstəricidir. Ümumilikdə klub 17 dəfə turnirin qalibi olub və bu göstəriciyə görə yalnız "Boston Seltiks"dən geri qalır. "Boston" rekord sayılan 18-ci çempionluğunu 2024-cü ildə qazanıb. "Leykers"dən əvvəl rekord məbləğlər Amerika Milli Futbol Liqasının "Vaşinqton Komanders" klubunun 2023-cü ildə 6.05 milyard dollara və NBA-in "Boston" klubunun 2025-ci ildə 6.1 milyard dollara alınmasına ödənilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər